Serbiyada Təhsil Təqaüd Proqramı – Dövlət Təqaüd Proqramı

xaricdetehsil.net
xaricdetehsil.net
4 Min Read

Serbiya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.

Serbiya hökumətinin “Serbiyada Dünya” proqramı çərçivəsində Belqrad Universiteti, Kraqujevac Universiteti, Nis Universiteti və Novi Sad Unievrsitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyələri üzrə 2 təqaüd yeri ayrılıb.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 24 oktyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədləri Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə RƏSMİ MƏLUMATLARLA tanış ola bilərsiniz:

Serbiyada Təhsil Təqaüd Proqramı Haqqında

Serbiyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2022/23 haqqında Ümumi məlumat və qəbul qaydaları
Serbiya Respublikası tərəfindən 2022/2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşlarına Serbiya hökumətinin “Serbiyada Dünya” proqramı çərçivəsində University of Belgrade, University of Kragujevac, University of Nis, University of Novi Sad ali təhsil müəssisələrində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə 3 təqaüd yeri ayrılmışdır. Təqaüd Proqramına daxil olan ixtisaslar barəsində ətraflı məlumat almaq üçün müvafiq keçiddən istifadə edərək, qeyd olunan universitetlərin ixtisasları ilə tanış ola bilərsiniz.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından keçiddən müraciət formasını doldurmağı (müraciət formasının elektron ərizənin qəbul sənədi bölməsinə yüklənilməsini xahiş edirik) və 24 oktyabr 2022-ci il tarixinə kimi tələb olunan bütün sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə yüklənməyi
https://app.htp.edu.az/ xahiş olunur.
QEYD:

  • Təhsil serb dilindədir;
  • Müvafiq təqaüd proqramının şərtlərinə uyğun olaraq təqaüdçü təhsil müddəti
    bitdikdən sonra ölkəyə qayıtmalıdır.
  • Qeyd edək ki, Serbiya universitetlərinə sənəd qəbulu oktyabr-noyabr ayları
    ərzində aparılır.
    Maliyyələşmə
    Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:
    – ödənişsiz təhsil;
    – müvəqqəti yaşayış üçün qeydiyyat xərci;
    – Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;
    – yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);
    – tibbi sığorta;
    – 15.000 Serb dinarı məbləğində aylıq təqaüd

    QEYD:
    – Təhsil ölkəsinə gediş-gəliş üçün nəzərdə tutulan nəqliyyat xərcləri qarşılanmır.

Serbiyada Təhsil üçün tələb olunan sənədlər:

  • Təhsil sənədləri;
    a. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas
    təhsili haqqında sənədin əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş
    surəti;
    b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) əsli
    və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
    c. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət
    cədvəli) əsli və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti;
    Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq
    almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində
    tanınması/nostrifikasiyasına dair sənədin surəti;
  • Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notarial
    qaydada təsdiq olunmuş surəti;
  • CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) və motivasiya məktubu (ingilis dilində);
  • Ümumvətəndaş pasportunun surəti;
  • QİÇS/HİV və digər yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış- ingilis dilində və ya
    notarial qaydada tərcümə və təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec
    olmamalıdır);
  • İngilis və ya serb dili biliyini təsdiqləyən arayış və ya sertifikat
  • ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdə) əlavə edilməlidir.
    QEYD: Yuxarıda adları qeyd olunan sənədlərin (1,2 və 5-ci bəndlər) notarial qaydada serb və
    ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur.

Təhsil Nazirliyi ilə əlaqə – Təqaüd Proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.
Mənbə: htp.edu.az

Share this Article