Recommendation letter və Reference letter arasındakı fərq

xaricdetehsil.net
xaricdetehsil.net
1 Min Read
recommendation letter, reference letter, xaricde tehsil ucun lazim olan senedler
Image source: freepik.com

Təqaüd proqramları üçün müraciət edərkən  tez-tez “recommendation letter” və “reference letter” tələbləri ilə qarşılaşırıq.  İkisi arasındakı fərq nədir?⠀

Öncəliklə deyim ki, bu anlayışlardan hansısa biri ilə sırf universitet/təqaüd proqramlarına müraciət formlarında qarşılaşsanız, çox sorğulamağa gərək yoxdur. Sadəcə olaraq, sizi “refer” edən şəxsin sizi “təriflədiyi”, müraciət etdiyiniz universitetə uyğun olduğunuzu göstərən məktub hazırlanmalıdır.⠀

Ümumilikdə isə fərqləri izah etsək:⠀

Reference letter — daha ümumi şəkildə yazılmış məktubdur. Burada məktubun müəllifi şəxs haqda, onunla əməkdaşlığı barədə və ya şəxsin akademik bacarıqları haqda ümumi məlumat verir. Bir çoxları “reference letter”i xüsusi məqsəd olmadan, köhnə iş yerindən ayrılarkən (iş yoldaşlarından) və ya tədris ilinin sonunda (müəllimlərindən) alır.⠀

Recommendation letter — yuxarıda izah etdiyim anlayışdan fərqli olaraq, bu, spesifik olaraq yazılmış məktubdur. Burada mütləqdir ki, məktubun verilmə məqsədinin X universitetinə və ya X şirkətindəki vakansiyaya müraciət olduğu qeyd edilsin. Məktubda sırf müraciət etdiyiniz proqrama və ya vakansiyaya uyğun bacarıqlarınız haqda fikirlər qeyd olunmalıdır. Recommendation letter verilərkən tarixinin çox köhnə olmaması da şərtdir. Bu səbəbdən, çox hallarda sırf təqaüdə müraciət üçün keçmiş müəllimlərə yenidən müraciət olunur.

Qısa məzmun
Recommendation letter və Reference letter arasındakı fərq
Məqalə adı
Recommendation letter və Reference letter arasındakı fərq
Açıqlama
Bu yazıda Tövsiyyə məktubu olaraq bilinən Recommendation Letter və Reference Letter arasındakı fərq nədir? - sualının cavabını tapmağa çalışacağıq.
Müəllif
Paylaşdı
Xaricdetehsil.net
Loqo
Share this Article