Harvard Universitetinə pulsuz müraciət şansı

Rəsul Musayev
Rəsul Musayev
1 Min Read
xaricde tehsil

Hazırda dünyanın istənilən təhsilyönümlü reytinq siyahısında Harvard Universiteti tərəfindən təklif edilən MBA proqramı ilk pillələrdə yer alır. Ötən il dərc edilən statistikaya əsasən, “Harvard Business School” məzunlarının aldıqları orta maaş illik $150000 səviyyəsindədir. Sonuncu dəfə 61 müxtəlif ölkənin vətəndaşının məzun olduğu “HBS”-ə, sözsüz ki, ölkəmizdə də qəbul potensialı yüksək olan şəxslərin sayı kifayət qədərdir.

Lakin Amerika universitetlərinə qəbul üçün şansları sınamazdan öncə ödənilməsi gərəkən müraciət haqqı bir çoxunu bəlkə də həyatlarının ən böyük fürsətindən məhrum edir. Harvard Universiteti istedadlı şəxslərin qarşısındakı maliyyə əngəllərini aradan qaldırmaq üçün maddi sıxıntıları olan müraciətçiləri $250 məbləğindəki bu xərcdən azad edəcək.

Bunun üçün sizdən tək tələb olunan rəsmi elektron portal vasitəsilə 2020-ci il ilə bağlı maliyyə durumunuz barədə sualları cavablandırmaq və müvafiq sənədləri yükləməkdir. Başqa bir müsbət xüsusiyyət ondan ibarətdir ki, $250-lıq xərcdən azad olunmağınız barədə yekun qərar verildikdən sonra sizə ən az 48 saat vaxt veriləcək. Əgər müraciət haqqından azad edilməmisinizsə belə, ərizənizi tamamlamaq ilə bağlı yekun qərarı vermək üçün kifayət qədər zamanınız olacaq.

Şərtlər barədə rəsmi və daha ətraflı əldə etmək üçün:

RƏSMİ LİNK

Share this Article