Bu təqaüd proqramı sizə Macarıstanda təhsil almaq imkanı yaradır.
Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024-2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfərədək Azərbaycan vətəndaşı üçün aşağıdakı ixtisas proqramları əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
- tam bakalavriat və magistratura təhsil proqramları üzrə:
- kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
- təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd;
- turizm – 10 təqaüd;
- səhiyyə elmləri – 5 təqaüd;
- beynəlxalq münasibətlər – 5 yer;
- mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
- iqtisadiyyat, biznes və idarəetmə elmləri – 50 təqaüd.
- doktorantura təhsili üzrə:
- istənilən maraq dairəsi üzrə – 25 təqaüd.
İxtisaslara dair ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz.
Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (hüquq, memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə mərhələsində iştirak hüququnu ancaq Anlaşma Memorandumunda qeyd edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar əldə edə biləcəklər.
Maliyyələşmə
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış (Əgər tələbə yataqxanada
qalmırsa, bütün təhsil müddəti üçün əlavə aylıq 40.000 forint yaşayış
xərclərinə dəstək üçün təqaüd məbləğinə əlavə olunur); - tibbi sığorta;
- aylıq təqaüd.
Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd Macarısran tərəfindən ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir:
- bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700
Macarıstan forinti; - doktorantura proqramları üçün: təlim və tədqiqat
dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000
Macarıstan forinti.
Diqqət! Beynəlxalq nəqliyyat xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Müraciət Forması və Tarixlər
- Təqaüd proqramına hər iki tərəfin elektron ərizə sistemi üzrə son
müraciət tarixi 05.01.2025/23:59 (GMT+4, Bakı vaxtı ilə) müəyyən
edilib. Qeyd: Baxmayaraq ki, Macarıstan tərəfinin elektron ərizə
sistemində son müraciət tarixi 15.01.2025-ci il tarixi müəyyən edilib,
lakin müsahibələrinin təşkili və digər məsələlərin tənzimlənməsi
məqsədilə yalnız 05.01.2025-ci il tarixinədək ərizəsini təsdiq etmiş
şəxslərin müraciətlərinin dəyərləndirilməsi aparılacaqdır. - Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin
müvafiq elektron ərizə sisteminə 05.01.2025-ci il tarixindək
müraciət etməlidirlər:
- İlk öncə, Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq
edilməlidir: https://apply.stipendiumhungaricum.hu/ - Növbəti addım olaraq isə Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir:
https://portal.edu.az/
- Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın
və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə
cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək
müsahibəyə dəvət olunacaqlar; - Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron
poçt/şəxsi kabinet və SMS vasitəsilə bildiriləcəkdir; - Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən
şəxslər müsahibəyə buraxılmayacaqdır; - Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam
edir, müsahibədə audio-video çəkiliş aparılır; - Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
- EATDA tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları
Macarıstan tərəfinə (Tempus Public Foundation) təqdim
ediləcəkdir; - EATDA tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə
göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri
ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq
göndəriləcəkdir; Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsil alması mümkün olmayacaqdır. - Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin
(TPF) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim
olunması gözlənilir. Qeyd: 2025/26-cı tədris ili üzrə təqaüd qazanmış şəxslər fors-major
(xüsusi və gözlənilməz) hallar istisna olmaqla, EATDA və Tempus
Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik
ilə təxirə sala bilməzlər.
Müsahibə Mərhələsində İştirak Üçün Əsas Şərtlər və Tələb Olunan Sənədlər
Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi
müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
- Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların
ali təhsil haqqında diplom üzrə ixtisasının xaricdə oxumaq üçün seçdiyi
hər iki ixtisasa uyğun olması tövsiyə olunur (ixtisasların uyğunluğu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8
nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi
ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur); - İddiaçıların seçdiyi hər iki ixtisasın eyni ixtisas istiqaməti üzrə olması
tövsiyə olunur; - Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin
ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları
çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah
və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları
üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 510 bal
toplamalıdırlar; - 2024/25-ci tədris ili və ya əvvəlki illərdə ümumtəhsil
müəssisələrindən məzun olacaq və ya artıq məzun olmuş, Dövlət
İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməyən
iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq
səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri
(SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) əsas götürüləcəkdir
(həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən
(məsələn: SAT üzrə ən azı 1200 bal) az olmamaqla); - Bakalavriat təhsil səviyyəsi üzrə müraciət edən iddiaçıların (əvvəlki
illərin məzunları) attestat (və ya qiymətlər göstərilməklə hazırda orta
məktəbin son ilində təhsil aldığına dair arayış) və ya orta ixtisas
diplomu üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem
üzrə 4 baldan aşağı olmamalıdır; - Hazırda bakalavriat səviyyəsində Macarıstanda şəxsi vəsaiti
hesabına təhsil alan və DİM/SAT göstəricilərinə sahib olmayan
namizədlərin ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG-si 100
ballıq sistem üzrə 75-dən az olmamalıdır) əsas götürüləcəkdir; - Hazırda Macarıstanda bakalavriat, magistratura və doktorantura
səviyyələri üzrə öz vəsaiti hesabına təhsil alan və eyni təhsil
səviyyəsi üzrə təqaüd proqramına müraciət edən tələbələr yalnız
təhsil aldıqları ali təhsil müəssisəsi tərəfindən tövsiyə olunduqları
təqdirdə sözügedən proqrama müraciət edə bilərlər; - Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat, magistratura
və doktorantura səviyyələrində təhsil alan şəxslər təhsilinin 50%-
dən çoxunu tamamlamamış olmalıdır; - Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən
iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem
üzrə 75 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə
üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem
üzrə 75 baldan aşağı olmamalıdır; - Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı
bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə
IELTS sertifikat balı minimum 7 və ya digər beynəlxalq dil
sertifikatlarının (TOEFL, Duolingo və s.) bu göstəriciyə ekvivalentini
təşkil etməlidir; Qeyd: Əvvəlki təhsil səviyyəsi üzrə HTP çərçivəsində Macarıstanda təhsil almış şəxslər növbəti təhsil səviyyəsi üçün müraciət edərsə, universitet(lər)in razılığına uyğun olaraq (bununla bağlı universitet(lər)in tərəfindən təsdiqedici imeyl təqdim edilməlidir) onlardan dil sertifikatı tələb edilmir. - Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə
göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar olduğunu
nəzərə alaraq, yalnız Anlaşma Memorandumunda qeyd edilən ixtisas
istiqamətləri üzrə müraciət edən iddiaçılar müsahibə mərhələsində
iştirak hüququ qazana biləcəklər; - “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”
çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı
müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə
yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir; - “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü
bəndinə əsasən (…dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir
səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir
dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali
təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün
Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil
almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə
bilməzlər.
Sənədlər
- Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV
(namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi
dildə və ya ingilis dilində hazırlanmalı); - Motivasiya məktubu – təhsil alacağınız ixtisas və Macarıstanda
təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 350,
maksimum 500 sözdən ibarət qısa xülasə (Times New Roman 12
şrifti ilə ingilis və ya macar dilində yazılmış); - Xarici dil sertifikatı (IELTS; TOEFL; Duolingo*);
Müraciət edilən ali təhsil müəssisəsi qəbul etdiyi təqdirdə.
- Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada
tərcümə və təsdiq olunmuş):
- a. bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında
sənəd (attestat və ya hazırda təhsil aldığına dair arayış); - b. magistratura təhsil səviyyəsi üçün: bakalavriat diplomu və
diplom əlavəsi (transkript); - c. doktorantura təhsil səviyyəsi üçün: bakalavriat və
magistratura diplomu və diplom əlavələri; QEYD: Bakalavriat təhsil səviyyəsi üzrə I-II, magistratura təhsil
səviyyəsi üzrə isə I təhsil illərində təhsil alan şəxslər təhsil aldıqlarına dair
müvafiq arayış və ən son tarixli transkript təqdim etməlidirlər. QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini
(bakalavriat və ya magistratura diplomu) namizəd xarici təhsil
müəssisəsinin məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan
Respublikası ərazisində kvalifikasiyaların tanınması prosesindən
keçdiyinə dair sənəd təqdim etməlidir.
- QİÇS, Hepatit B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına
dair tibbi arayış;
QEYD: 01 sentyabr 2024-cü il tarixindən sonra alınan tibbi arayışlar;
Macarıstan tərəfi üçün müvafiq sağlamlıq haqqında sənədlərin
təqdim olunması üçün son tarix 15.04.2025-ci ildir.
- Ümumvətəndaş pasportunun surəti;
- Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd (ASAN
xidmətdən alınan arayış);
Qeyd: Hazırda Azərbaycanda bakalavriat və magistratura təhsil
səviyyələrinin sonuncu kursunda təhsil alan tələbələrə şamil
edilmir;
- İki ədəd tövsiyə məktubu (yeni tarixli, imzalı və möhürlü olması
mütləqdir);
Doktorantura proqramı üçün müraciət edən namizədlər aşağıdakı
sənədləri əlavə olaraq təqdim etməlidirlər:
- Namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat
planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) –
2000 sözdən az olmayan həcmdə (ədəbiyyat siyahısı nəzərə
alınmadan); - Namizədin xarici ölkələrin təsir gücünə (“impakt faktor”) malik olan,
istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud
həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı (əgər varsa); - Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali
təhsil müəssisəsində müvafiq “supervisor”dən ona elmi rəhbərlik
edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron
sistemlərə yükləməlidir).
İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin
sonradan göndərilməsi mümkündür:
- tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində
sonuncu yarımilliyində təhsil alanlar üçün; - bakalavriat diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu
semestrdə təhsil alanlar üçün; - magistratura diplomu: magistratura təhsil səviyyəsində sonuncu
semestrdə təhsil alanlar üçün;
Qeyd olunan təhsil sənədləri 1 avqust 2025-ci ildən gec olmayaraq Macarıstan tərəfinə təqdim olunmalıdır.
Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (31 avqust
2007-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (Mövcud
Memoranduma əsasən, müvafiq tədris ilində 1 sentyabr tarixinə qədər 18
yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd
proqramına müraciət edə bilməzlər).
Qeyd 2: Namizədlər, bir akademik ildə ilkin seçimi Elm və Təhsil
Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına
müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi
iddiaçılara yalnız bir təqaüd proqramına müraciət etməyə icazə verir.
Qeyd 3: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini EATDA-ya
göndərən şəxslərin sənədləri nəzərə alınmayacaqdır. Seçim prosesində
sənədlərini hər iki: Macarıstan təqaüd proqramının və Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemləri
vasitəsilə təqdim etmiş şəxslərin müraciətlərinə baxılacaqdır.
Qeyd 4: Müraciətinizdəki təqdim etdiyiniz sənədlərin
uyğunsuzluqlarının aradan qaldırılması üçün müvafiq yoxlama
siyahısından (Checklist) istifadə etməyiniz tövsiyə olunur.
EATDA ilə Əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@eatda.edu.az
elektron poçtuna ünvanlaya bilərsiniz.
Mütəmadi verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.
Məqalə rəsmi htp.edu.az saytından götürülmüşdür.