Niderland Qərbi Avropanın yaşayış səviyyəsinə görə ən əlverişli ölkələrindən biri, bir çoxlarına görə isə birincisidir. Vergidən əvvəlki orta maaş səviyyəsi €2816 ətrafındadır. İqtisadi inkişaf səviyyəsi, gəlirlərin yüksəkliyi yerli vətəndaşlar və daimi sakinlər üçün əlverlişli yaşam şəraiti yaratsa da, maddi imkanların daha aşağı olduğu xarici ölkə vətəndaşları üçün “bahalı ölkə” imicinin yaranmasına səbəb olur.
Gəlir səviyyəsinin yüksək olması, sözsüz ki, Niderlanddakı ali təhsil xərclərində əks olunur. Belə ki, 2021-c ildə dərc olunmuş rəqəmlərə əsasən, magistr təhsili üçün ortalama illik €8000 – €20000 arası məbləğ tələb edilir. Kütləvi təqaüd proqramları isə o qədər də çox geniş yayılmadığı üçün universitetlərin daxili təqaüd proramlarını diqqətlə izləmək tələb olunur.
Niderlandda pulsuz təhsil şansı – Vrije Universiteit Amsterdam
Haqqında danışacağımız təhsil ocağı, yəni Vrije Universiteit Amsterdam artıq 140 ildən artıqdir ki, fəaliyyət göstərən dövlət universitetidir. Universitetdə təhsil haqqı səviyyəsi yüksək olsa da, magistr tələbələri üçün təhsil haqqından azad olunma şansı mövcuddur.
Vrije Universitetində pulsuz magistr təhsili ala bilmək üçün bir neçə mümkün variant mövcud olsa da, VU Fellowship Programme (VUFP) azərbaycanlılar adına ən önəmli şans hesab oluna bilər. Nəzərə alın ki, bu universitetdə 150-dən artıq ingilis dilində tədris olunan magistr proqramı var:
- Biznes və iqtisadiyyat yönümlü sahələr (Busines administration, Marketing, Big data, Digital business və s.)
- Kompüter elmləri yönümlü sahələr (Information Technologies (IT), Software Engineering)
- Digər sahələr (Hüquq, tarix, təbiət elmləri yönümlü ixtisaslar) və s.
VUFP təqaüd proqramı üçün əsas şərtlər
VUFP proqramı sizə yuxarıda göstərdiyimiz sahələrin hər hansı birində pulsuz təhsil alma imkanı yaradır. Əsas şərtlər isə bəsitdir:
- Niderland vətəndaşı olmadığınızı göstərən sənəd (passport)
- 80+ GPA (ortalama bal)
Hər il oktyabr ayından etibarən universitetə qəbul proseduru elan edilir. Həmin müddət ərzində siz istədiyiniz proqrama müraciət etdikdən sonra artıq VUFP təqaüd proqramına (əsasən fevral ayına qədər) ərizə yollaya bilərsiniz. Təqaüd üçün əsas vacib sənədlər 500 söz həcmində motivasiya məktubu, akademik sənədlər (transcript və ya diplom əlavəsi, diplom və Europass formatında CV-dir.
Təqaüd ilkin mərhələdə əsasən 1 illik verilsə də, qarşınıza qoyulan fənn krediti tələbini ödədikdən sonra təqaüdün müddətini uzadaraq təhsil haqqından tam azad edə, 2 illik pulsuz magistr təhsili ala bilərsiniz.
Proqram və müraciət prosedurları haqda bilgi üçün:
RƏSMİ MƏLUMAT SƏHİFƏSİ – “Scholarships offered by VU Amsterdam” hissəsinə keçid edin.