[YENi – 2021] Italiyada Tehsil – İtaliya Universitetləri

xaricdetehsil.net
xaricdetehsil.net
4 Min Read
italiyada tehsil, italiyada təhsil, italiya teqaud, italiya universitetleri

Bəlli məsələdir ki, xaricdə yaşam xərcləri yerli gəlirlərimizə nisbətdə çox olduğu üçün azərbaycanlılar “hara təqaüd düşsə ora gedim” məntiqiylə yanaşırlar təhsil seçimlərinə. Mən bu fikrə qismən qarşıyam, ona görə də çalışacam ki, ilk postumda “İtaliyaya hansı motivasiya ilə gedə bilərsiniz?” sualını cavablandırım.

Bundan təqribi 10 il əvvələ getsək, görərdik ki, İtaliyada oxumaq üçün azərbaycanlıların bəlkə də yeganə real variantı dövlət proqramımız idi, hansı ki, rəqabət çox idi. Sonradan isə İtaliyanın məşhur “need based” proqramları dəbə mindi. Artıq İtaliyanın əksər top universitetində həmyerlilərimizi görə bilirik. Qeyd edim ki, “need based” o deməkdir ki, burada sizin akademik göstəricilərinizdən daha çox maddi çətinliklərinizin (ehtiyacınızın) mövcudluğu önəmlidir.
İtaliya təqaüdlər cənnətidir. Orada oxuduğunuz müddət ərzində akademik göstəricilərinizdən asılı olaraq əlavə təqaüdlər də qaazana bilərsiniz. Erasmus proqramlarında iştirak edərək başqa bir Avropa ölkəsində də təhsil alma şansınız az qala 100%-dir. Bütün bunlar mükəmməl tələbə həyatı, bol-bol səyahət zəmanəti verir.

Bütün bunlara baxmayaraq, İtaliyada təhsil və təqaüd şəraitləri barədə kifayət qədər sevmədiyim məqamlar var. Bunlardan ən əsasları sənədləşmədəki çətinliklər, təqaüdün gecikməsi, iş tapmaqdakı çətinliklər və s.-dir.

Təhsil, iş şansları, yuxarıda qeyd etdiyim çətinliklər barədə məlumatları ətraflı şəkildə bölüşəcəm sizinlə. İzləmədə qalın və dediyim nüansları indidən analiz etməyə çalışın.

İtaliyada bir çox ixtisas üzrə təhsil ala bilərsiniz – baxmayaraq ki, azərbaycanlı gənclər əsasən biznes və iqtisadiyyat yönümlü ixtisaslar üçün üz tutur bu ölkəyə. Həm paytaxt Romada, həm də ki, qonşu şəhərlərdə keyfiyyətli təhsil alma imkanınız var. Deadline-lar isə universitet və ixtisasa görə dəyişir, ona görə də, bu məsələni əvvəlcədən araşdırmağınız məsləhətdir.
Ölkənin ən populyar və reytinqli universitetlərindən bir neçəsini saysam:

Bologna – dünyanın ən qədim universiteti;
Politecnico di Milano – Texniki sahələr, mühəndislik üzrə ən reytiqnli universitet. Dizayn və incəsənət üzrə dünyada 6-cı yerdədir (Mənbə: QS).
Sapienza University of Rome – QS reytinqinə görə dünyada top 200-dədir. Azərbaycanlılar əsasən buraya biznes yönümlü ixtisaslar üçün üz tuturlar. Həm də, IELTS-siz qəbul verməyi ilə ad çıxarıb 😀
Tor Vergata – yenə daha çox iqtisadiyyat yönümlü ixtisaslar üçün üz tutulan top universitetlərdən birirdir.
University of Siena – hər nəfəs alan canlıya qəbul verən universitet.
Qəbul proseduru üçün çox da həyəcanlanmağınıza ehtiyac yoxdur. Digər postlarıma baxmısınızsa, sırf İtaliya üçün əlavə söz deməyə ehtiyac yoxdur. Əvvəlki təhsiliniz İngilis dilində olubsa, universitetdən asılı olaraq, IELTS sertifikatı tələbindən müvəqqəti, yaxud tam azad ola bilərsiniz.
Həmvətənlərimizin daha çox təqaüd ümidi ilə yola çıxdığını nəzərə alıb, İtaliyadakı €3000-5000-ə çatan təhsil haqqlarından danışmayacam.
Məşhur need-based təqaüd ilə bağlı bu postda onu deyə bilərəm ki, əsas məsələ maddi vəziyyətinizin aşağı olduğunu sübut etməkdir. Təqaüdün miqdarı ümumilikdə €10000-dən yuxarıdır. Əsasən bu miqdarın yarıdan çoxu ikinci tədris ilində verilir. Bu o deməkdir ki, ilk günlərdə maddi çətinliyiniz yarana bilər.
Başa düşürəm ki, təqaüd proqramı ilə bağlı suallarınız çoxdur, ancaq hələlik bu qədərini sığdıra bildim. Çalışacam ki, tezliklə təqaüd barədə ayrıca post paylaşım. Uğur olsun!

İtaliyada təhsil alan tələbə ilə müsahibəmizi izləmək üçün keçid edin:

İtaliyada Tehsil – TƏQAÜDLÜ Təhsil alan Tələbə ilə Müsahibə

Qısa məzmun
[YENi - 2021] Italiyada Tehsil - İtaliya Universitetləri
Məqalə adı
[YENi - 2021] Italiyada Tehsil - İtaliya Universitetləri
Açıqlama
Italiyada Tehsil - İtaliyada Təhsil necədir və Universitetlərə necə apply etmək olar? Reytinqli universitetler və müraciət linkləri bu məqalədə yer alır
Müəllif
Paylaşdı
Xaricdetehsil.net
Loqo
Share this Article